PDF Oxu

Siyasət

  • 33

Musa Qasımlı: “Qurultayın keçirilməsinin xüsusi mənası var” AÇIQLAMA

Musa Qasımlı: “Qurultayın keçirilməsinin xüsusi mənası var” AÇIQLAMA

"Dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümündə Dünya azərbaycanlılarının IV qurultayının keçirilməsinin xüsusi mənası vardır". Bunu SİA-ya professor, millət vəkili Musa Qasımlı deyib.Deputatın sözlərinə görə, həm plenar, həm də panel iclaslarda ötən illərdə qazanılan uğurların xatırlanması, diaspora təkilatlarının fəaliyyətinin, bir-biri ilə əlaqələrinin artırılması, mövcud problemlərin dərindən təhlil edilməsi və perspektivlərin müəyyənləşdirilməsi məsələlərinin müzakirə edilməsi faydalı olacaqdır: "Fikrimcə, bu qurultay diaspora təşkilatlarının fəaliyyətində yeni imkanlar yaradacaq".Qeyd edək ki, iyunun 3-4-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV Qurultayı ilə bağlı hazırlıq işləri yekunlaşıb, tədbirin qonaqları və nümayəndələrin siyahısı dəqiqləşdirilib.Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edəcək.

sia.az

Digər xəbərlər