PDF Oxu

Siyasət

  • 29

Akif Nağı: “Uorlikin söylədiklərinə ciddi yanaşmıram”AÇIQLAMA

Akif Nağı: “Uorlikin söylədiklərinə ciddi yanaşmıram”AÇIQLAMA

"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin mayın 31-də keçirilən görüşündən sonra ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin görüşün nəticələri barədə söylədiyi fikirlərə ciddi yanaşmıram". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib

QAT sədrinin sözlərinə görə, Ermənistan tərəfi özünü çox barışmaz və yaranmış şəraitə qeyri-adekvat şəkildə aparır: "Ermənistanın terrorçu prezidenti Serj Sarkisyan Azərbaycan hərbiçilərinin aprel ayında işğal etdiyi 800 hektar ərazinin geri qaytarılmasından danışır və iddialı çıxış edir. Əgər o özünü bu şəkildə aparırsa və beynəlxalq təşkilatlar da onun bu hərəkətinə heç bir reaksiya vermirlərsə prezidentlərin iyun görüşündən hansısa uğurlu nəticə gözləmək çətindir. Təəssüf ki, hələ də Ermənistanın pozucu fəaliyyəti ortadadır. Rəsmi İrəvanın pozucu hərəkətləri, iddialı çıxışları, saxta təbliğat aparmaları müsbət nəticəyə ümid etməyə imkan vermir".A.Nağı əlavə edib ki, prezidentlərin iyunda keçiriləcək görüşündən gözləntilər yoxdur: "Azərbaycan ordusu öz gücünü göstərən anda Ermənistan bundan bir nəticə çıxarmalı idi. Ermənistan rəhbərliyi proseslərə nəzarət edə bilmir. İşğalçı dövlət çox acınacaqlı vəziyyətdədir. Azərbaycan torpaqlarından Ermənistan hərbiçilərinin çıxarılması üçün bütün şərtlər ortadadır".

sia.az

Digər xəbərlər