PDF Oxu

Siyasət

  • 41

Müşfiq Ələsgərli: “Diffomasiya qanununun qəbulu üçün müvafiq addımlar atılıb” AÇIQLAMA

Müşfiq Ələsgərli: “Diffomasiya qanununun qəbulu üçün müvafiq addımlar atılıb” AÇIQLAMA

"Avropa Şurası özünün üzv təşkilatları qarşısında söz, ifadə, media azadlığının təmin edilməsi öhdəliyini qoyur. "Diffomasiya haqqında" qanunun qəbul edilməsi də, ifadə azadlığının təmin edilməsinin şərtlərindən biridir. Bu baxımdan, Avropa Şurası bütün üzv dövlətlərə, o cümlədən, Azərbaycana tövsiyyə edib ki, "Diffomasiya haqqında" qanunu qəbul etsin". Bu fikirləri SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşviq Ələsgərli deyib.Onun sözlərinə görə, Azərbaycan tərəfi diffomasiya qanununun hazırlanması və qəbulu üçün müvafiq addımlar atıb: "Belə ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilən "İnsan hüquqları üzrə milli fəaliyyət planı"nda diffomasiya qanununun hazırlanması üzrə işlərə başlanılması da əks edilib. Həmçinin, Azərbaycan Mətbuat Şurası Avropalı ekspertlərin iştirakı ilə Diffomasiya haqqında qanun layihəsini hazırlayaraq, Milli Məclisə təqdim edib. Milli Məclis də layihədə müvafiq düzəlişləri apardıqdan sonra, baxış üçün Venesiya Komissiyasına göndərib. Təəssüf ki, Venesiya Komissiyası layihəyə müsbət rəy verməyib. Bu baxımdan, layihənin parlamentdə müzakirəsi və qəbulu edilməsi yubanıb. İndi, Avropa Şurası diffomasiya qanununun bütün Avropa məkanında qəbul edilməsi üçün yeni kampaniyaya başlayıb və məsələ yenidən aktuallaşıb".M.Ələsgərli bildirib ki, Milli Məclisin "Dövlət quruculuğu və hüquq siyasəti kommissiyası"ndan Əli Hüseynlinin verdiyi məlumata görə, Venesiya Komissiyası layihəyə müsbət rəy verməməsini yetərli arqumentlərlə əsaslandırmayıb: "Sadəcə, layihənin beynəlxalq standartlara uyğunlaşdırılmasını tövsiyyə edib. Məsələ ondadır ki, "Diffomasiya haqqında" qanununu qəbul etmiş ölkələrdə həmin qanun layihələrinə milli şəraitdən irəli gələn şərtlər daxil edilib və Venesiya Komissiyası bunlara hər hansı irad bildirməyib. Amma Azərbaycanın milli şəraitə uyğun hazırladığı layihəyə irad bildirib. Bu da normal hal deyil. Çünki, yerli şəraitin nəzərə alınmadan hazırlanacağı qanun layihəsi, gələcəkdə ciddi fəsadlar törədə bilər və Azərbaycan Parlamenti də bu məsələyə həssas yanaşır. Digər tərəfdən, bildirmək lazımdır ki, Avropa Şurasına daxil olan 47 ölkədən yalnız 10-da diffomasiya qanunu qəbul edilib, digər 37 ölkədə bu qanun hələ ki, qəbul edilməyib. Amma məsələ ondadır ki, bu 37 ölkə arasında daha çox Azərbaycanın adı vurğulanır ki, bu da təbii narahatçılıq doğurur. Bu baxımdan, qanun layihəsinin qəbul edilməsi üçün, Venesiya Komissiyasının da məsələlərə obyektiv yanaşması tələb olunur. Ümid edirik ki, onlar öz mövqelərini bir daha nəzərdən keçirəcəklər".

sia.az

Digər xəbərlər