PDF Oxu

Siyasət

  • 23

Nazim İbrahimov: “Qondarma erməni soyqırımı ilə bağlı iddiaların qarşısını kəsmişik” MÜNASİBƏT

Nazim İbrahimov: “Qondarma erməni soyqırımı ilə bağlı iddiaların qarşısını kəsmişik” MÜNASİBƏT

"Türkiyə Azərbaycana qardaş ölkədir. Biz həmişə saxta erməni soyqırımı ilə bağlı iddiaların qarşısını kəsmişik". SİA-nın məlumatına görə, bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Almaniya parlamentinin qondarma erməni soyqırımının tanınması barədə qətnamə qəbul etməsinə münasibət bildirib.Komitə sədrinin sözlərinə görə, bu saxta iddia İsrail parlamentində müzakirə ediləndə onun qarşısını almışıq, mövqeyimizi bildirmişik: "İndi də Almaniya parlamentində bu cür hal baş verib. Bu nə deməkdir? Analiz etmək lazımdır. Azərbaycan diasporu aktiv şəkildə hər yerdə səsini qaldıracaq, türkiyəli qardaşlarımızın yanında olduğumuzu göstərəcəyik. Türkiyənin problemi bizim problemdir, bu məsələnin üzərinə gedəcəyik".N.İbrahimov əlavə edib ki, müharibələri həm də informasiya sahəsində udmaq lazımdır: "Biz buna hazır ölkəyik, diaspor təşkilatlarımız da bu işdə aktivdirlər. İnformasiya sahəsində hücum taktikasını seçməliyik".

sia.az

Digər xəbərlər