"Bakı çox qəşəng və gözəl şəhərdir. Mən bu şəhəri görəndə çox təəcübləndim və onun gözəlliyinə heyran qaldım". Bunu SİA-ya Yaponiyanın nümayəndəsi Tetsio Kozasa Dünya Azərbaycanlılarının IV Qurultayında iştirakı zamanı deyib.O bildirib ki, öz bizneslərini Bakıda genişləndirməyə hazırdır: "Biz öz texnologiyalarımızı Azərbaycanda təqdim etmək böyük şansa malikik. Dünya Azərbaycanlılarının IV Qurultayına gəlməyimdə də əsas səbəb sizinlə birlikdə böyük işlər görməkdir".Qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də münasibət bildirib: "Ümid edirəm tezliklə bir razılaşma olacaq. Biz bunun üçün hamımız birlikdə işləməliyik və öz dostluğumuzu göstərməliyik. Buna görə də gəlin birlikdə işləyək".
sia.az