Cari ilibn 1-3 iyun tarixlərində Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) himayədarlığı ilə İstanbulda V Dünya Türk Forumu keçirilir. Forumda müxtəlif türk dövlətlərindən və digər ölkələrdən olan tanınmış alimlər, diplomatlar və ictimai xadimlər iştirak edir. TürkPA bu tədbirin tərəfdaşlarından biridir. TürkPA-dan SİA-ya verilən xəbərə görə, 2 iyun tarixində Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) sədri cənab Süleyman Şensoy və TürkPA Baş katibi cənab Jandos Asanov Forumun açılışında çıxış edib.J. Asanov öz çıxışında Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə yaranan TürkPA-nın Türkdilli ölkələr arasında olan əməkdaşlığın əsl parlament ölçüsünə çevrildiyini qeyd edib. Auditoriyaya Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) fəaliyyətləri haqqında qısa məlumat verən Baş katib TürkPA üzv dövlətlərindən Azərbaycan, Qazaxıstan və Qırğızıstanı müstəqilliklərinin 25-ci ildönümü münasibətilə təbrik edib. Türk dövlətləri arasında mövcud əlaqələrin cari vəziyyətinə toxunan J. Asanov qarşılıqlı informasiya axını kanallarının genişləndirilməsi ilə asanlaşdırılacaq, türk xalqlarının bir-birilərinin dillərinin və cəmiyyətlərin öyrənilməsinin vacibliyinə diqqət çəkib.Türkdilli ölkələr arasında əlaqələrin dərinləşdirilməsinə yönəlmiş səylərinə görə TürkPA Baş katibi Jandos Asanov TASAM-ın Qızıl Alma diplomu ilə təltif edilib.2 iyunda isə TürkPA Baş katibi tərəfindən Beşinci Dünya Türk Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.
sia.az