PDF Oxu

Siyasət

  • 40

Binəli Yıldırım: "Ermənistana "dur" deməyin zamanıdır"

Binəli Yıldırım: "Ermənistana "dur" deməyin zamanıdır"

"Ortaq tarix və mədəniyyəti paylaşdığımız Azərbaycana bu dəfə Baş nazir kimi səfər etməkdən qürur duyuram". SİA-nın xəbərinə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.Parlamentdə hökumət etimadı aldıqdan sonra Şimali Kiprə, daha sonra Azərbaycana səfər etdiyini dilə gətirən baş nazir söyləyib ki, Azərbaycan və Türkiyə münasibətləri bir millət, iki dövlət prinsipinə əsaslanır. Azərbaycan və Türkiyə münasibətləri böyük inkişaf yolu keçib. Ankarada baş verən mənfur terror olayından sonra Azərbaycan prezidenti Türkiyəyə səfər etməsi ilə Türk xalqının qəlbində böyük yer tutdu. Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir. Türkiyə Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyir".B. Yıldırım qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana "dur" deməyin zamanı çatıb: "Artıq söz zamanı deyil, iş görülməlidir. Bir dəqiqədə qərar qəbul edib iş görənlər Azərbaycan və Türkiyəyə gəldikdə fərqli davranırlar. Azərbaycanın işğal olunmuş torpaqları qaytarılan zaman bu məsələ çözüləcək. Beynəlxalq ictimaiyyətin ikili standartdan vaz keçməsinin zamanı çatıb".

sia.az

Digər xəbərlər