PDF Oxu

Siyasət

  • 39

“Azərbaycanın atdığı addımları geniş işıqlandırırıq”AÇIQLAMA

“Azərbaycanın atdığı addımları geniş işıqlandırırıq”AÇIQLAMA

"Biz Rusiyada ilin əvvəlindən plan hazırlamışıq. Bu plan əsasında Azərbaycanın, onun adət-ənənəsinin, dövlətimizin bugünkü nüfuzu və problemləri barədə təkcə öz millətimizə deyil, orada yaşayan bütün yerli əhaliyə ətraflı məlumat veririk". Bunu SİA-ya Rusiya diasporasının nümayəndəsi Samir Qarayev deyib.Onun sözlərinə görə, bu gün Azərbaycanın düzgün və öz müstəqilliyini qoruması üçün bütün planları təkcə Rusiyada yox, başqa dövlətlərdə də diaspora təşkilatlarının köməyi ilə həyata keçməlidir: "Təbii ki, bunun üçün də diaspora nümayəndələri qabiliyyətli, dünyagörüşlü, siyasətdən başı çıxan güclü liderlər olmalıdır. Biz bununla ölkəmizin düzgün yolda olduğunu və demokratik yollarla problemi aradan qaldırmağın məqsədlərini hamıya çatdırmalıyıq. Təbii ki, biz özümüz hər il tez-tez bir sıra təşkilatlarda tədbirlər keçiririk. Bu tədbirlərlə biz Azərbaycanın problemlərini, ölkənin bu gün hansı səviyyədə olmasını, hansı nailyyətlərinin olduğunu, həmçinin Dağlıq Qarabağ problemini, Xocalı soyqırımı orada yaşayan millətlərə çatdırırıq. Bununla da Azərbaycanın düzgün yolda olduğunu və atdığı addımları daha da geniş işıqlandırırıq".

sia.az

Digər xəbərlər