"Ümumiyyətlə Aslan İsmayılovun 4 iyun hadisələrini dilə gətirməsi ilə müxtəlif iddialar irəli sürülür. Bir çoxları özlərini bu hadisələrin qəhrəmanı və hadisələrin fövqündə hesab edirlər və bununla bağlı fikir bildirirlər. Belə çıxır ki, onlar kifayət qədər uzaqgörəndir və hadisələri idarə etməyi bacarırlar. Məhz buna görə də onlar digərlərini ittiham edirlər". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli Aslan İsmayılovun 4 iyun hadisələri barədə Etibar Məmmədova kin-küdurət bəsləməsinə münasibət bildirərkən deyib.Aparat rəhbərinin sözlərinə görə, hadisələrin içində olaraq bu hadisələri istiqamətləndirmək olduqca çətin idi: "Çünki təbii proseslər gedirdi. Həmin təbii proseslərə də bir çox əlavə qüvvələr müdaxilə edirdilər. Ümumiyyətlə Aslan İsmayılov siyasətçi deyil, hüquqşünasdır. Onun siyasiləri də proseslərdə iştirakına görə qınaması heç cür həqiqət ola bilməz. Amma güman edirəm ki, baş verən hər hansı hadisədə bir-birlərini ittiham etməli deyillər. Sadəcə olaraq bu hadisələrdən nəticə çıxarılmalıdır. Gələcəkdə belə bir halın yaşanmaması üçün çalışılmalıdır".
sia.az