PDF Oxu

Siyasət

  • 35

Cümşüd Nuriyev: “Ermənilər daxildəki gərginliyi yatırtmağa çalışır” AÇIQLAMA

Cümşüd Nuriyev: “Ermənilər daxildəki gərginliyi yatırtmağa çalışır” AÇIQLAMA

"Bu gün Ermənistan dövləti çox ciddi təşviş içərisindədir. Çünki məlum aprel döyüşləri Azərbaycanın həm siyasi, iqtisadi, həm də hərbi gücünü ortaya qoydu. Bundan əlavə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı dedi ki, artıq informasiya müharibəsi Azərbaycanın xeyrinə dəyişib. Eyni zamanda dövlət başçısı bildirdi ki, Ermənistan prezidenti bir cümlədə dörd cür yalan danışıb. Təbii ki, bütün bunların fonunda da Azərbaycanın yüksələn xəttlə getməsi Ermənistanı çox narahat edir". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, ermənilər bütün bu yollarla həm daxildəki gərginliyi yatızdırmağa çalışırlar, həm də Azərbaycana siyasi təzyiq göstərmək istəyirlər: "Ümumiyyətlə ilk dəfə deyil ki, ermənilər Prezidentlərin görüşü ərəfəsində bu cür təxribatlarla məşğul olurlar. Heç kimə sirr deyil ki, bu ermənilərin qanındadır. Onların məkrli siyasəti var amma artıq o məkrli siyasət keçməyəcək. Hətta onların Almaniyada uydurma erməni soyqırımı ilə bağlı qətnaməni qəbul etdirmələri belə müvəqqəti xarakter daşıyır. İndiyədək 15-dən çox ölkə qondarma soyqırımı tanıyıb. Əslində Ermənistan siyasəti iflasa uğradığına görə bu cür təxribatlara əl atır".

sia.az

Digər xəbərlər