"Heç kimə sirr deyil ki, ermənilərin bütün siyasəti yalan üzərində qurulub. Hətta cənab Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı dedi ki, Ermənistan prezidenti bir cümlədə dörd yalan söyləyib". Bunu SİA-ya İsveç diasporasının nümayəndəsi Abdulla Amir Haşimi deyib.Diaspora nümayəndəsinin sözlərinə görə, hətta ermənilər İsveç kimi dövlətdə oranın rəsmilərini aldadırlar: "Amma bu, müvəqqətidir. Ona görə ki, bu gün azərbaycanlılar da öz həqiqətlərini ortaya qoymağa qadirdilər və öz sözlərini deyirlər. Dünyada olan azərbaycanlılar bu gün olduqları ölkələrin parlamentariləri, Xarici İşlər Nazirliyi, onların mətbuatları ilə kontaktlar yaradırlar. Onlar sübut edirlər ki, qondarma erməni soyqırımı adında heç bir məsələ yoxdur, əksinə soyqırımına azərbaycanlılar məruz qalıb. Ümumiyyətlə BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsi tezliklə həyata keçirilməlidir. Təbii ki, biz də prinsip etibarilə bilirik ki, təcavüzkarla kampromisə getməyin heç bir mənası yoxdur. Biz təcavüzkarı stimullaşdırırıq. Əksinə dünya ictimaiyyəti başa düşməlidir ki, təcavüzkar elə təcavüzkardır və o məhkum olunmalıdır. Biz bunu dəfələrlə İsveç dövlətindən xahiş etmişik ki, qəti mövqe ortaya qoysun və təcavüzkarı məhkum etsin".
sia.az