PDF Oxu

Siyasət

  • 48

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindənSİA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair Cəbrayıl Rayon Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 29-na təyin edilmiş iclasında baxılacaq.

sia.az

Digər xəbərlər