"Əgər ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də burada söz sahibi olan bütün güclər birmənalı şəkildə münaqişənin həllinə maraqlıdırsa və status-kvonun dəyişdirilməsi ilə bağlı Ermənistana qarşı təzyiqlər göstərərlərsə, o zaman düşmən ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində dəyişiklik gözləmək olar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, Ermənistan bu dəfə də monipulyativ davranışlarını davam etdirəcək və status-kvonun qorunub saxlanmasına növbəti dəfə cəhd göstərəcək: "Çünki, Sarkisyan hakimiyyəti bu prosesə hazırlıqsız görünür. Hərbi revanş imkanına malik olmayan Ermənistan siyasi revanşa üstünlük verir. Ermənistan rejimi düşünür ki, əgər bu proses davam etsə, beynəlxalq birlik Azərbaycana qarşı bu və ya digər formada təzyiq göstərə bilər. Bu, Ermənistan tərəfinin açıqlamalarında da özünü biruzə verir".Politoloqun fikrincə, əgər Ermənistan indiki şəraitdə münaqişənin həlli istiqamətində hər hansı addım atmasa, bundan sonra atəşkəs rejimi ilə bağlı həmsədrlərin nümayiş etdirdiyi mövqe bütövlükdə öz effektivliyini itirəcək: "ATƏT-in Minsk qrupu bu dəfə iflasa uğrayacaq, onu xilas etmək olmayacaq".İyun ayında Azərbaycan və Ermənistan Prezidentlərinin görüşünə gəlincə E. Mirzəbəyli söytləyib ki, danışıqlar prosesinin gələcəyi bu görüşdən asılıdır: "Əgər Ermənistan danışıqlar prosesini davam etdirmək niyyətindədirsə, o zaman ilkin mərhələdə konstruktiv mövqe tutacaq".
sia.az