PDF Oxu

Siyasət

  • 34

MSK sədri: "55 siyasi partiya dövlət qeydiyyatına alınıb"

MSK sədri: "55 siyasi partiya dövlət qeydiyyatına alınıb"

Bu gün "Siyasi partiyaların maliyyələşdirilməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çıxış edərək deyib ki, sivil dünyada siyasi partiyaların fəaliyyəti ciddi əhəmiyyət kəsb edir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra siyasi partiyalar yarandı. Bu, təbiidir. Hazırda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Təbii ki, səviyyə baxımından hamısı eyni deyil. Burada qəbahət yoxdur. Partiyalarla qarşılıqlı təmasda olan dövlət qurumlarından MSK ön sıradadır".O əlavə edib ki, siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır: "Hakimiyyət uğrunda mübarizədə bu, önəmli məsələdir. Bəzi məsələlərdə xalqın marağından çıxış etmək, xalqın prinsipləri əsasında fəaliyyət göstərmək lazımdır".

sia.az

Digər xəbərlər