PDF Oxu

Siyasət

  • 50

Finlandiya nümayəndəsi: “Biz Nalbandyanın yalanlarını üzə çıxardıq” AÇIQLAMA

Finlandiya nümayəndəsi: “Biz Nalbandyanın yalanlarını üzə çıxardıq” AÇIQLAMA

"Dünya Azərbaycanlılarının Qurultayı artıq 4-cü dəfədir ki, öz sözünü deyir. Biz qurultayın sayəsində yaşadığımız ölkələrdə sübut edirik ki, bizlər varıq və 50 milyondan artıq azərbaycanlı birləşirik. Beləcə bizim hər yerdə sözümüzü deməyə hüququmuz var. Azərbaycan dövləti güclüdür". Bunu SİA-ya Finlandiya diasporasının nümayəndəsi Arzu Oqtay deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev hər 4 ildən bir bizim gördüyümüz işlərlə maraqlanır və bizləri bir araya gətirir: "Digər tərəfdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində də biz hər zaman dövlətimizin dəstəyini alaraq olduğumuz ölkədə qürurla deyirik ki, Azərbaycanın torpaqları zəbt olunub. Hətta deyərdim ki, Ermənistan xarici işlər naziri Finlandiyada səfərdə olmuşdu. O universitetdə çıxışı zamanı cəfəngiyyat fikirlər səsləndirirdi. Buna baxmayaraq bizim cəmiyyət orada iştirak etdi və onun yalanlarını üzə çıxardı. Ona bildirdik ki, Azərbaycan dövləti Ermənistandan qat-qat güclüdür və ölkəmiz hər zaman bizə sözümüzü deməyə haqq verir. Əgər bu kimi qurultaylar olmasa idi, dövlətimiz bizim arxamızda olmasa idi təbii ki, biz bunları edə bilməzdik".

sia.az

Digər xəbərlər