PDF Oxu

Siyasət

  • 45

Baronessa Nikolson: Kapital bazarları və sığorta sahəsi üzrə həyata keçirilən inkişaf planlarını dəstəkləyirik

Baronessa Nikolson: Kapital bazarları və sığorta sahəsi üzrə həyata keçirilən inkişaf planlarını dəstəkləyirik

Böyük Britaniya Azərbaycanda kapital bazarları və sığorta sahəsi üzrə həyata keçirilən inkişaf planlarını dəstəkləyir.Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) AZƏRTAC-a bildiriblər ki, bu fikir MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlının Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.Ölkələrimiz arasında münasibətlərə böyük önəm verdiklərini vurğulayan Baronessa Nikolson kapital bazarları və sığorta sahəsi üzrə həyata keçirilən inkişaf planlarını dəstəklədiklərini bildirib.Görüşdə, əsasən, Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələri, dünya maliyyə bazarlarındakı vəziyyət, eləcə də Azərbaycan və Böyük Britaniya kapital bazarlarında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.Azərbaycan maliyyə sektorunun mövcud vəziyyəti və MBNP-nin ortamüddətli strategiyası barədə nümayəndə heyətinə məlumat verən Rüfət Aslanlı maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində Böyük Britaniyanın müvafiq dövlət qurumları ilə sıx əməkdaşlığa hazır olduqlarını bildirib.

AZƏRTAC

Digər xəbərlər