Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə "Multikulturalizm gənclərin gözü ilə" mövzusunda tədbir keçirilir. SİA-nın məlumatına görə, tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı və fəal gənclər iştirak edib.Çıxış edənlər bildirib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə çatmaq üçün atılan əməli addımlar dövlət qurumları, hökumət adamları ilə yanaşı, hər bir vətəndaşımızın da üzərinə şərəfli vəzifə qoyur.Tədbir hazırda davam edir.
sia.az