"Son hadisələrdən sonra Azərbaycanın işğal olunmuş ərazilərinə qulluq etməyə dəvət edilən erməni əsilli insanların bir çoxunun intihar etməsi Ermənistanda çaşqınlıq yaradıb". Bu fikirləri SİA-ya millət vəkili Rövşən Rzayev açıqlamasında deyib.Millət vəkili bildirib ki, Ermənistan bu cür halların üstünü örtmək üçün həmin ərazilərə pulla tutulmuş insanları cəlb etməyə çalışır: "Lakin Ermənistan bununla heç nəyə nail ola bilməyərək, ölkəsindəki vəziyyəti biraz da ağırlaşdıracaq. Ermənistan ordusunda uğursuzluq hər kəsə məlumdur. Fərarilik baş alıb gedir. Çıxış yolu axtaran düşmən ölkə cavan oğlanlara müəyyən miqdarda pul verməklə onları orduya cəlb etməyə çalışır".R. Rzayev qeyd edib ki, Ermənistan xalqı gələcəyini normal, müstəqil dövlət kimi görmək istəyirsə, o zaman işğalçı səhra komandiri düşüncəsinə malik olan rəhbərlərindən canını qurtarmağı bacarmalıdırlar: "Nə qədər ki düşmən ölkənin prezidenti Serj Sarkisyandır, orada bütün sahələrdə problemləri olacaq".Azərbaycanın gündən-günə gücləndiyini deyən R. Rzayev söyləyib ki, ölkəmizin dünyadakı etibarı artmaqdadır: "Güclü ordumuz daha da güclənir. Bunu görən Ermənistan məğlub olduğunu anlayaraq müxtəlif yollara əl atır".
sia.a