PDF Oxu

Siyasət

  • 21

Prezident İlham Əliyevin Almaniyaya səfəri mühüm əhəmiyyət daşıyır

Prezident İlham Əliyevin Almaniyaya səfəri mühüm əhəmiyyət daşıyır

"Prezident İlham Əliyevin Almaniya səfəri iki dövlət arasındakı münasibətlərdə müsbət məqamlar yaradacaq"

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri başlayıb. Bu səfərin Azərbaycan-Almaniya əlaqələrinin daha da inkişaf etdirilməsinə yeni təkan olacağı şübhəsizdir. Həm də, nəzərə almaq lazımdır ki, hazırkı mərhələdə ATƏT-ə sədrliyi Almaniya həyata keçirir. Bu baxımdan, münaqişənin həllində bu ölkənin fəallığının artacağı və Almaniyanın ATƏT-ə sədrlik müddəti başa çatana qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən razılaşma əldə olunacağına ümidlər var. Söhbət etdiyimiz müsahiblərimiz də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərinin mühüm əhəmiyyət daşıdığını və iki ölkə arasında əlaqələrin inkişafına yeni müsbət təsirlər göstərəcəyini bildirdilər.

Millət vəkili Fəzail İbrahimli: "Əhalisinin və ya sahəsinin böyük, kiçik olmasından asılı olmayaraq, dövlətlərin hər biri Azərbaycanla

əməkdaşlıqda maraqlıdır"

- Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq xarici ölkələrə səfər edir. Bu səfərlərin əsas cəhəti ondan ibarətdir ki, Azərbaycan dünya dövlətləri ilə bir sıradadır. Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycan dünyanın aparıcı dövlətlərinin tərəf-müqabilidir. Əhalisinin və ya sahəsinin böyük-kiçik olmasından asılı olmayaraq, dövlətlərin hər biri Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu yaxınlarda Almaniya Parlamentinin qəbul etdiyi qərar Azərbaycan tərəfini narazı salan məqam idi. Qardaş Türkiyəyə qarşı şər və böhtan kampaniyasının tərkib hissəsi idi. Amma dövlətlərarası münasibətdə hər şey ölçülüb-biçilir. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya səfəri iki dövlət arasındakı münasibətlərdə müsbət məqamlar yaradacaq. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Almaniyada əksər dövlətlər kimi fəallıq göstərib, prinsipial mövqe ortaya qoyub. Məlum faktdır ki, uzun illərdir ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsi ilə məşğuldurlar. Amma nəticədə irəliyə doğru heç bir addım atılmayıb. Bu baxımdan, ATƏT-in Minsk Qrupu həmsədrləri öz vəzifələrindən istefa verməlidirlər. Çünki yarandığı gündən bu günə kimi zərrə qədər irəliləyişə nail ola bilməyən bir qurumun ömrü artıq başa çatıb.

Millət vəkili Çingiz Qənizadə: "Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri nəticəsiz qala bilməz"

- Almaniya tərəfindən Azərbaycana qarşı müəyyən zamanlarda haqsızlığa yol verilib. Lakin dövlətlərarası münasibətlər pozula da bilər, daha sonra normallaşa da bilər. Bütün hallarda ünsiyyət və davamlı əlaqələr olsa, anlaşılmazlıqlara son qoyula bilər. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri nəticəsiz qala bilməz. Çünki Azərbaycan həqiqətlərini biri var hansısa qeyri-hökumət təşkilatları, Almaniyanın Bundestaqının üzvləri və deputatları danışsın, bir də var Prezident İlham Əliyev onların Azərbaycan haqqında dediklərinin əsassız olduğunu faktlarla, sübutlarla ortaya qoysun. Bu baxımdan, Prezident İlham Əliyevin Merkellə görüşü bəzi anlaşılmazlıqlara aydınlıq gətirəcək və ümumilikdə, bu görüş Azərbaycan - Almaniya münasibətlərinin yaxşılaşmasına xidmət edən səfərlərdən biri kimi tarixə düşəcək.

Bu yaxınlarda Serj Sarkisyanın Merkellə görüşü oldu və orada da Sarkisyan yalan məlumatlar və ifadələr işlətdi. Prezident İlham Əliyevin məzh Serj Sarkisyandan sonra bu ölkəyə səfəri ermənilərin yalanlarını ifşa edəcək. Digər məqam isə hazırda ATƏT-in Minsk Qrupu aprel ayında Azərbaycan Ordusunun cəbhədə 4 günlük uğurlu əməliyyat nəticəsində 2 min hektar ərazini işğaldan azad etməsi, artıq həm ATƏT-in Minsk Qrupunun vicdanı susmuş həmsədrlərinin, həm də digər dövlətləri artıq hərəkətə keçməyə vadar edir. Məlum oldu ki, əgər Rusiya tərəfi Prezidentdən atəşi dayandırmağı xahiş etməsəydi, biz daha çox uğurlar əldə edərdik. Ona görə də, bu cür xahiş edən dövlətlər əvəzində nə isə vəd edirlər, hansısa danışıqları reallaşdırmaq, hansısa beynəlxalq hüquq normaları çərçivəsində məsələnin həllini tezləşdirəcəklərini bildirirlər. Axı dünyada qəbul olunmuş beynəlxalq hüquq normaları var. Bizim də istəyimiz odur ki, bu hüquq normlarına hörmət olunsun, ərazi bütövlüyümüz tanınsın, işğalçı ölkə ərazidən çıxarılsın.

GÜLYANƏ

Digər xəbərlər