Artıq bir neçə aydır ki, Səbail rayonunun bütün orta ümumtəhsil məktəblərində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi-praktiki konfranslar keçirilir.SİA-nın məlumatına görə, bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu ondən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar ediblər.Konfransların yekunu olaraq Səbail Rayon İcra Hakimiyyətində şagirdlərin özlərinin təşkil və idarə etdiyi, RİH başçısı və orta məktəblərin direktorlarının qonaq kimi iştirak etdikləri Azərbaycan tarixinə aid elmi praktiki konfrans keçirilib.RİH-nin foyesində məktəblilər Azərbaycan tarixinin müxtəlif dövrlərini təmsil edən hökmdarların obrazlarını nümayiş etdirərək həmin tarixi şəxsiyyətin gördüyü işlər və qazandığı uğurlar barədə məlumat veriblər.Səbail rayonu 6 saylı orta məktəbin şagirdləri Nəzrin Məhərrəmli və Əziz Mustafayevin sədrliyi ilə keçirilən konfransda təqdim olunan monoqrafiyalar arasında xüsusi olaraq seçilmiş işlərin müəllifləri çıxış ediblər.Konfransın işində iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şagirdləri salamlayaraq Ulu öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan konfransın əhəmiyyətini vurğulayıb.Qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilib. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirib.Azərbaycanın çoxillik tarixində yalnız iki dövlət xadimi ümumxalq lideri statusunu qazanıb. Bunlardan biri Ulu öndər Heydər Əliyevdir. Bu gün tam məsuliyyətlə demək olar ki, xalqımız Milli lider mandatını dünyada görkəmli dövlət xadimi kimi tanınan İlham Əliyevə etibar edib.20-yə yaxın şagirdin çıxış etdiyi konfransın sonunda Səbail rayon məktəblərində keçirilən tarix konfransları münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov keçirilən konfraslar, şagirdlərin hazırladıqları yazılar barədə məlumat verərək bildirib ki, Azərbaycan tarixinin müxəlif dövrlərinə həsr olunmuş 40-dan çox şagirdin işlədiyi monoqrafiyalar komissiya tərəfindən seçilmiş və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə kitab şəklində çap olunucaq.
sia.az