"Ümumiyyətlə biz həm Türkiyədə, həm də dünyada diaspora fəaliyyətimizdə çox böyük uğurlara imza atmışıq. Məsələn, biz Brüsseldə bir universitetin zalını kirayə tutaraq yerli tələbələrə ölkəmizin reallıqları haqqında ətraflı məlumat veririk. Çünki istəyirik ki, onlar ermənilərin törətdiyi vəhşilikləri bizdən eşitsin, başqasından yox". Bunu SİA-ya Türkiyə diasporasının nümayəndəsi Asif Qurbanov deyib.Onun sözlərinə görə, bu kimi fəaliyyətlər xaricdə də olur: "Biz Xocalı hadisələri ilə yanaşı, onlara 31 Mart hadisələri haqqında da geniş məlumat veririk. Məsələn, biz məlum aprel döyüşlərində televiziyalarda çıxış edərək ictimaiyyətə çatdırdıq ki, əslində Azərbaycan başqa ölkəyə hücum etmir. Sadəcə olaraq Azərbaycan dövləti öz torpaqlarını qoruyur. Qoy zəhmət çəkib işğalçı ölkə Azərbaycan torpaqlarından çıxsın. Bu ölkəmizin suveren hüququdur. Biz son vaxtlar çalışırıq ki, media vasitəsilə fəaliyyətimizi daha da artıraq. Çalışırıq ki, media vasitəsilə səsimizi milyonlara çatdıraq".
sia.az