PDF Oxu

Siyasət

  • 29

Deputat: “Ermənistanı idarə və müdafiə edənlər həmsədr dövlətlərdir” AÇIQLAMA

Deputat: “Ermənistanı idarə və müdafiə edənlər həmsədr dövlətlərdir” AÇIQLAMA

"Ermənistan siyasi rəhbərliyinin, daimi şəkildə işğalçı dövlət tərəfindən çıxış edən ATƏT-in Minsk qrupunun və başqa beynəlxalq təşkilatların riyakarlıq edərək guya Dağlıq Qarabağ və ətraf rayonları mövcud olmayan "Dağlıq Qarbağ Ordusu"nun işğal etdiyini deməsi açıq şəkildə qərəzli və yalandır. Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və bu gün də işğalda saxlanılır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.O vurğulayıb ki, bu gün Ermənistan prezidenti olan Serj Sarkisyan əvvəldən sonadək Azərbaycan torpaqlarının işğal əməliyyatlarında, soyqırımılarında, kütləvi qırğınlarda iştirak edən komandirlərdən olub: "S.Sarkisyan nə vaxtsa hərbi cani kimi məhkəmə qarşısında cavab verəcək. Onun və Ermənistanın başqa rərsmilərinin işğal etdikləri ərazilərimizə gəlib-getməsi təəccüblü deyil. İkinci dünya müharibəsi dövründə də almanlar Hitlerin işğal etdiyi ərazilərə gəlib-gedirdilər. Bu, qanun pozuntusudur. Azərbaycanın istəyinə zidd olaraq ərazilərimizə gəlirlər. S.Sarkisyanın oradan ayağını kəsmək üçün bir yol var. Ərazilərimiz işğaldan azad edilməli və o, məhkəmə qarşısında cəzalandırılmalıdır".

Millət vəkili bildirib ki, Ermənistan rəhbərliyi danışıqlara münaqişənin həlli üçün deyil, danışıq xatirinə gedir: "Onlar danışıqlara münaqişənin həll olunması üçün qatılmırlar. Ermənistan vaxt udmaq, status- kvonunun ömrünü uzatmaq, Azərbaycanın ərazilərinin işğal altında qalmasının təmin etmək istəyir. Nə qədər ki, S.Sarkisyan və komandası hakimiyyətdədir onlarla aparılan danışıqlar heç bir müsbət nəticə verməyəcək. Bu, onların siyasətidir. Ermənistan danışıqlarda tək deyil. Onları idarə və müdafiə edənlər həmsədr dövlətlərdir. Birbaşa deyirəm ki, həmsədr dövlətlər münaqişənin həlli üçün deyil, mövcud olması, status-kvonun saxlanılması və atəşkəsin dayanıqlığı üçün çalışırlar. Onların bu hərkətləri isə işğalçı dövlətə stimul verir. Ona görə də S.Sarkisyan öncəki danışıqlardan qayıdandan sonra bir çox sərsəm bəyanatlar verib. S.Sarkisyan sülhün və danışıqların tərəfdarı ola idi, belə sərsəm bəyanatlar verməzdi. Ancaq kim nə bəyanat versə də, Azərbaycan öz torpaqlarını azad etməkdə davam edəcək".

sia.az

Digər xəbərlər