PDF Oxu

Siyasət

  • 20

Ağacan Abiyev: Azərbaycanın növbəti yay olimpiya oyunlarında böyük uğurlar qazanacağına inanırıq

Ağacan Abiyev: Azərbaycanın növbəti yay olimpiya oyunlarında böyük uğurlar qazanacağına inanırıq

"Azərbaycanın növbəti yay olimpiya oyunlarında böyük uğurlar qazanacağına inanırıq". Bu fikri Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, iyunun 14-26-da Bakıda olimpiya oyunlarına son lisenziya yarışı keçiriləcək. Onun sözlərinə görə, yarışa 300-ə yaxın idmançı qatılacaq.

"Azərbaycan idmançılarının Braziliyada keçiriləcək yay olimpiya oyunlarında uğurlu çıxış edəcəyinə inanırıq. Əsas məqsədimiz isə medalların, o cümlədən qızıl medalların sayını artırmaqdır. İnarıram ki, idmançılarımız Azərbaycanın bayrağını bu möhtəşəm idman tədbirində də zirvələrə qaldıracaqlar"- deyə, A.Abiyev vurğulayıb.

yap.org.az

Digər xəbərlər