PDF Oxu

Siyasət

  • 32

Rusiya nümayəndəsi: “Ermənistanın yalançı təxribatlarının qarşısını alacayıq” AÇIQLAMA

Rusiya nümayəndəsi: “Ermənistanın yalançı təxribatlarının qarşısını alacayıq” AÇIQLAMA

"Ümumiyyətlə hər 5 ildən bir keçirilən Dünya Azərbaycanlılarının Qurultayı çox mühüm və tarixi hadisədir. Çünki burada bütün dünya azərbaycanlılarının aktivləri bir araya gəlir". BunuSİA-ya Rusiya diasporasının nümayəndəsi Ramil Əliyev deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışından sonra bizə məlum oldu ki, yeni strategiyalar və mexanizmlər olacaq: "Hansı ki, bizlər informasiya müharibəsində zəif mövqe sərgilədik. Təbii ki, bundan sonra bizə bu kimi yeni texnologiyaların istifadəsini bildirəcəklər. Beləcə gələcəkdə yol verilən nöqsanları aradan qaldıracayıq. Biz hazırda Moskva vilayətində fəaliyyət göstəririk. Təbii ki, bir çox uğurlarımız var. Uğurlarımız ondan ibarətdir ki, həm Azərbaycanın milli mədəni, tarixi ənənələrini, günlərini qeyd edirik, həm də soydaşlarımızın hüquqlarını qoruyuruq. Biz onları təhsillə təmin edirik.Biz sentyabr ayında keçiriləcək seçkidə də iştirak edəcəyik və seçki kampaniyasında fəallıq göstərəcəyik. Bu, böyük uğurdur. Gələcəkdə bizim azərbaycanlılarımız həm qanunvericilik orqanlarında və yaxud da qanunvericilik orqanlarında olan insanların yanında təmsil olunsaq, səsimizi çıxarmaqla Ermənistanın yalançı təxribatlarının qarşısını alacayıq".

sia.az

Digər xəbərlər