PDF Oxu

Siyasət

  • 32

Müstəqil Azərbaycan xilaskar Heydər Əliyevin şah əsəri, reallaşan arzusudur

Müstəqil Azərbaycan xilaskar Heydər Əliyevin şah əsəri, reallaşan arzusudur

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ümidsizliyə düçar olmuş, sabaha olan inamı sarsılmış bir xalqın özünə qayıdışdır.Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikir komitədə keçirilən Heydər Əliyev lektoriyasının "Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa" mövzusunda təşkil olunan növbəti məşğələsində səsləndirilib.Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov bildirib ki, məhv olmaq təhlükəsindən xilas edib dönməz və əbədi müstəqillik yoluna çıxardığı Azərbaycan xilaskar və qurucu rəhbər Heydər Əliyevin şah əsəri, Ulu Öndərin reallaşan arzusudur."Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa" mövzusunda çıxış edən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli qeyd edib ki, tarixən öz müstəqilliyi uğrunda mübarizə aparan, bir gün doğacaq azadlıq günəşinin ümidi ilə zamanın və taleyin ən ağır dönəmlərində öz varlığını qoruyub saxlayan Azərbaycan xalqının müstəqillik tarixində Milli Qurtuluş Gününün həlledici rolu və önəmi var.Vurğulanıb ki, Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı xaos və hərc-mərcliyin pəncəsindən, parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib. Qısa vaxtda ölkədə yaranan siyasi sabitlikdən və əldə olunan atəşkəsdən istifadə edən dahi rəhbər bütün sahələrdə ölkənin inkişaf konsepsiyasını hazırlayıb həyata keçirmək imkanı qazanıb. Qonşularla pozulmuş münasibətlər bərpa olunub, dünyanın inkişaf etmiş ölkələri ilə xalqımızın və dövlətimizin milli maraqlarına uyğun əlaqələr qurulub.Qeyd olunub ki, min bir çətinlik bahasına reallaşdırılan "Əsrin müqaviləsi" kimi nəhəng layihə Azərbaycanın zəngin karbohidrogen yataqlarının dünya bazarına çıxarılmasını təmin etməklə gənc, müstəqil respublikamızın sürətli, dinamik inkişafının, təhlükəsizliyinin əsas dayaqlarının yaradılmasına xidmət göstərməyə başlayıb. Azərbaycan regionda siyasi, iqtisadi, hərbi güc mərkəzinə çevrilib."Böyük siyasi fəaliyyətin Naxçıvan dövrü" mövzusunda məruzə ilə çıxış edən komitənin audit şöbəsinin inspektoru, gömrük xidməti baş leytenantı Yaqub Əliyev vurğulayıb ki, Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərən, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə və sabahımıza bələdçilik edən ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü mühüm yer tutur. Ulu öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan xalqına ilk böyük xidmətini məhz Naxçıvanı qorumaqla göstərib.Çıxışlarda xüsusilə vurğulanıb ki, əbədiyaşar lider Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər həyatımızın bütün sahələrində qazanılan nailiyyətlər ulu öndərimizin dövlətçilik ideyalarının təntənəsidir. Azərbaycanın müasir tarixində uğur faktoru kimi özünü təsdiqləmiş Heydər Əliyev yolu onun ardıcılları və xalqı tərəfindən uca tutulur.Məşğələnin sonunda tədbir iştirakçıları "Zamanla üz-üzə" adlı filmə baxıblar.

AZƏRTAC

Digər xəbərlər