İyunun 10-da Sabirabaddakı Heydər Əliyev mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının müzakirəsi olub.AZƏRTAC xəbər verir ki, tədbirdə rayonun rəhbər işçiləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, kitabın redaksiya heyətinin üzvləri, Şirvan şəhər, Sabirabad, Hacıqabul, Saatlı, İmişli rayon mədəniyyət və turizm şöbələrinin nümayəndələri, habelə rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov 2016-cı iliin ölkəmizdə "Multikulturalizm ili" elan olunmasının əhəmiyyətindən, respublikamızda multikultural ənənələrinin daha da inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.Bildirilib ki, Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib. Artıq bütün dünya multikulturalizm və tolerantlığın Azərbaycan modelini qəbul etməkdədir.Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Taleh Əhmədovun, kitabın təsisçilərindən biri, M.Füzili adına Əlyazmalar İnstitutunun əməkdaşı, fililogiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovun kitab haqqında məruzələri dinlənilib.Çıxışlarda "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının əhəmiyyəti geniş şərh edilib.
AZƏRTAC