PDF Oxu

Siyasət

  • 48

Politoloq: "Bu, Ermənistanın növbəti variantıdır"MÜNASİBƏT

Politoloq: "Bu, Ermənistanın növbəti variantıdır"MÜNASİBƏT

"Ermənistan "DQR"in "prezident"i Bako Saakyanın 2020-ci ilədək öz vəzifəsində qala biləcəyi haqda "qərar"ın əsas məqsədi məhz qondarma qurumun Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlarda tərəf kimi qəbul edilməsindən ibarətdir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.Politoloqun sözlərinə görə, Ermənistan müxtəlif siyasi addımlar atmaqla nəyin bahasına olursa-olsun "DQR"- i bir qurum kimi və onun qondarma rəhbərini də "prezident" kimi təqdim etməyə çalışır: "Serj Sarkisyan Ermənistanda hakimiyyəti öz səhra komandirləri ilə ələ keçirən vaxt Dağlıq Qarabağa müstəqillik verməyi söz vemişdi. Lakin bu gün vəziyyət tamamilə dəyişib. Hətta Ermənistanın özü belə qərarın qəbul edilməsindən qorxur. Əgər bu bir dövlət idisə, niyə Ermənistan parlamenti onu tanımadı? Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bu variantların hamısı Sarkisyanın nəyin bahasına olursa-olsun öz hakimiyyətini saxlamaq cəhdindən başqa bir şey deyil".

sia.az

Digər xəbərlər