PDF Oxu

Siyasət

  • 26

Politoloq: “Rusiya müvafiq addımlar atmağa çalışır”AÇIQLAMA

Politoloq: “Rusiya müvafiq addımlar atmağa çalışır”AÇIQLAMA

"Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonunda keçiriləcək görüşü ATƏT Minsk qrupunun həmsədr dövlətlərinin qərarına əsasən, ABŞ, Rusiya və Fransa xarici işlər nazirləri ilə baş tutacaq formatdan fərqlənir". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.Onun sözlərinə görə, iyunun sonunda Sankt-Peterburqda gözlənilən görüş Moskva tərəfindən irəli sürülüb: "Əslində, müsbət haldır ki, artıq Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq addımlar atmağa çalışır. Çünki Prezident İlham Əliyevin Almaniyada keçirdiyi görüşlərdə Almaniya kansleri Merkelin də problemin həllində məhz Rusiyanın açar rolu oynadığını qeyd etməsi təsadüfi deyildi. Çox güman ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşünün məhz bu formatda keçirilməsinin əsas səbəblərindən biri də budur".

sia.az

Digər xəbərlər