PDF Oxu

Siyasət

  • 16

Aydın Mirzəzadə: “Xaricdən gələnlər müxalifətin gülünc vəziyyətini görəcək” AÇIQLAMA

Aydın Mirzəzadə: “Xaricdən gələnlər müxalifətin gülünc vəziyyətini görəcək” AÇIQLAMA

"Ümumiyyətlə müxalifətin iyun ayının 17-də Bakıda keçiriləcək "Formula-1" yarışı ərəfəsində planlaşdığı aksiya heçnəyi dəyişməyəcək. Əksinə xaricdən gələnlər Azərbaycan cəmiyyətində primitiv düşüncədə olan, özlərini gülünc vəziyyətə qoyan insanların olduqlarını görəcəklər. Yoxsa onlarda belə bir təsəvvür yaranır ki, cəmiyyət hamısı inkişaf, müasirlik, avro inteqrasiya içindədir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra katibliyi siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.Millət vəkilinin sözlərinə görə, "Formula-1" yarışı bu gün qlobal siyasi əhəmiyyətə malikdir: "Avropada çoxsayda insanlar var ki, Formula-1" yarışını izləmək üçün onun keçirildiyi şəhərlərə gedirlər. Beləcə həmin ölkənin, xalqın mədəniyyəti haqqında informasiya əldə edirlər. "Formula-1" yarışı heç də hər bir ölkədə keçirilmir. Bu yarış Azərbaycanın inkişafının bu gün tanınma nişanlarından biridir. İnkişaf etmiş strukturu, oteli, istirahət yerləri göstərməyə mədəniyyəti olmayan şəhərlərdə heç zaman "Formula-1" yarışı keçirilə bilməz. Vaxtilə aksiya keçirmək istəyənlərin hakimiyyəti dövründə Azərbaycan acınacaqlı bir günə qalmışdı. Ölkəmiz öz müstəqilliyini itirmək ərəfəsində idi. İndi isə Azərbaycan artıq inkişaf etmiş ölkələr klubuna daxil olmaqdadır. Azərbaycanın inkişaf modeli dünya üçün nümunə kimi göstərilir".A.Mirzəzadə əlavə edib ki, Azərbaycan demokratik açıq cəmiyyətdir: "Dövlətimiz neft gəlirlərini insan kapitalına çevirən bir ölkədir. Azərbaycanda insan hüquqlarının qorunması üçün dövlət tərəfindən bütün fəaliyyət göstərilir. Bütün bunların fonunda bir ovuc insanın özünü gülünc vəziyyətə salması hesab edirəm ki, hər halda Azərbaycan cəmiyyətinin rəngarəng olduğunu göstərir"

sia.az

Digər xəbərlər