PDF Oxu

Siyasət

  • 26

Akif Nağı: “Ermənistan özünün barışmaz mövqeyində qalır” AÇIQLAMA

Akif Nağı: “Ermənistan özünün barışmaz mövqeyində qalır” AÇIQLAMA

"Ümumiyyətlə Rusiya rəhbərliyi təşəbbüsü hər zaman əldə saxlamağa çalışıb. Rəsmi Moskva Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünə alternativ olaraq və yaxud növbələmək mənasında təşəbbüsü əldən verməməyə çalışır. Məhz bunun üçün də prezidentlərinin növbəti görüşünü Rusiyada keçirməyə çalışır". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib QAT sədrinin sözlərinə görə, Moskva çalışır ki, prosesləri nəzarətdən çıxarmasın: "Lakin Ermənistan özü üçün bunu bir zərbə hesab edir ki, prezidentlərin görüşü Rusiyanın birbaşa təşəbbüsü ilə Moskvada deyil, Avropada keçirilsin. Amma Rusiya öz maraqlarından çıxış edərək görüşün öz ölkəsində keçirilməsini təkid etdi. Ümumiyyətlə danışıqlarda hansısa bir nəticənin əldə olunacağı gözlənilmir. Rusiya, ABŞ, eləcə də digər vasitəçilər ancaq təşəbbüs davası edirlər. Məhz buna görə də Ermənistan özünün barışmaz mövqeyində qalır".A.Nağı əlavə edib ki, hətta Ermənistan prezidenti Azərbaycanın azad etdiyi əraziləri geri qaytarmaq şərtini də qoymaqdan çəkinmir. Belə bir şəraitdə həm vasitəçilərin əvvəlki prinsipsiz mövqelərini davam etdirməsi, həm də işğalçı ölkənin öz mövqeyindən geri çəkilməməsi göstərir ki, növbəti görüşdə də heç bir nəticə əldə olunmayacaq. Yəni gec-tez Azərbaycan məcburdur ki, aprel ssenarisini – hərbi əməliyyatları davam etdirsin".

yap.org.az

Digər xəbərlər