PDF Oxu

Siyasət

  • 33

Prezidentlərin görüşünün vaxtı dəqiqləşdi

Arzu Nağıyev: "... artıq Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq addımlar atmağa çalışır "

Rusiyanın xarici işlər nazirliyinin yaydığı məlumata görə, bu ayın sonuna qədər Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında müzakirələr aparılacaq. Sual yaranır: bu görüş münaqişəsinin həllində hansısa rola malik ola bilərmi? Politoloq Arzu Nağıyev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, görüşün təşkil edilməsi müsbət haldır ki, artıq Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq addımlar atmağa çalışır: "Prezident İlham Əliyevin Almaniyada keçirdiyi görüşlərdə Almaniya kansleri Merkelin də problemin həllində, məhz Rusiyanın açar rolu oynadığını qeyd etməsi təsadüfi deyildi. Çox güman ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşünün, məhz bu formatda keçirilməsinin əsas səbəblərindən biri də budur. Mən buna diqtə deməzdim. Çünki Rusiyanın bu görüşü təşkil etməsi cəhdində də özəl maraqları var. Bəli, bu gün regionda nüfuz savaşı da gedir. Buna görə də Rusiya canfəşanlıq edir və Qərb də bunu görür və Rusiyaya bir divident verməklə, məhz münaqişənin həmmüəllifi olduğunu göstərməyə çalışır".

"Münaqişəsinin həlli ilə bağlı aparılan müzakirələrdə Rusiya tərəfi daha fəal görünür. Bu təşəbbüsü ələ almaq məqsədi daşıdığını demək olarmı" sualını cavab olaraq politoloq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsini həlli istiqamətində Qərb və Rusiya arasında nüfuz savaşı gedir. İyunun sonunda Sankt-Peterburqda gözlənilən görüş Moskva tərəfindən irəli sürülüb və bir sıra mətləblərdən xəbər verir. Bildiyimiz kimi, görüş ATƏT Minsk Qrupunun həmsədr dövlətlərinin qərarına əsasən, ABŞ, Rusiya və Fransa xarici işlər nazirləri ilə baş tutacaq formatdan fərqlənir. Rusiya münaqişənin həllinə müsbət təsir göstərsə, regionda tam nüfuz sahibi olar, digər tərəfdən isə bu ölkə hər iki tərəfə silah satan dövlətdir və sanksiyalara məruz qalan bir dövlət kimi, bu bazarı itirə bilməz. Bir daha qeyd etmək istəyirəm ki, Qərb göstərməyə çalışır ki, münaqişənin həllinin ən real səbəbkarı məhz Rusiyadır".

GÜLYANƏ

D.O

106-07

Digər xəbərlər