1993-cü ildə yenicə müstəqilliyini bərpa edən respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.AZƏRTAC xəbər verir ki, bu fikirlər iyunun 13-də Qubadakı Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunan elmi-praktik konfransda səsləndirilib.Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.Rayon rəhbərliyi, hüquq mühafizə orqanları, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin rəhbər şəxslərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın müstəqilliyini və dövlətçiliyini ulu öndər Heydər Əliyevin səyləri nəticəsində qoruyub saxlaya bildiyi vurğulanıb.Tədbirdə 1993-cü ilin iyun hadisələri, respublikanın ictimai-siyasi həyatında baş verən proseslər bir daha xatırlanaraq təhlil edilib, hakimiyyətdə olan səriştəsiz rəhbərlərin şəxsi ambisiyaları ucbatından ölkədə xaos, böhran yarandığı, Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyi diqqətə çatdırılıb.Çıxışlarda Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyi diqqətə çatdırılıb.
AZƏRTAC