PDF Oxu

Siyasət

  • 28

Statistika Komitəsində “Milli Qurtuluş Günü” qeyd olunub

Statistika Komitəsində “Milli Qurtuluş Günü” qeyd olunub

Bu gün Dövlət Statistika Komitəsində "15 iyun - Milli Qurtuluş Günü" münasibəti ilə tədbir keçirilib.SİA-nın məlumatına görə, əvvəlcə "Milli Qurtuluş Günü"nə həsr olunan "Xilaskar" filmi nümayiş olunub.Məruzə ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov böyük tarixi inkişaf yolunda olan Azərbaycanın hər yerində Milli Qurtuluş Gününün 23-cü ildönümünün mühüm bayram təntənəsi ilə qeyd edildiyini deyib. Bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Dünya şöhrətli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixində taleyüklü möhtəşəm siyasi hadisə kimi səciyyələnir. 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan edib. Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin idarəçiliyinə təcrübəsiz və naşı şəxslər rəhbərlik edirdi. Həmin dövrdə Azərbaycan torpaqlarının erməni cəlladları tərəfindən işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya hərtərəfli inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilib.Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edən, xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayan Tahir Budaqov bu gün dahi şəxsiyyətin siyasi məktəbinin layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyini diqqətə çatdırıb.Qeyd olunub ki, ölkəmizin hərtərəfli inkişaf etdirilməsi, xalqımızın həyat səviyyəsinin ilbəil yaxşılaşdırılması istiqamətində Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu, onun Prezidenti, YUNESKO və İSESKONUN Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsilin inkişafı, mədəniyyətimizin təbliği istiqamətində reallaşdırdığı layihələrlə yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır.Tahir Budaqov xüsusi vurğulayıb ki, Azərbaycan bu gün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji yolla uğurla irəliyə addımlayır. Bu yol müstəqil siyasət, davamlı inkişaf, tərəqqi yoludur. Ümummilli lider Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasət və bu siyasi kursun möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün respublikamızı, sözün həqiqi mənasında, beynəlxalq aləmdə söz sahibinə çevirir və mövqelərini daha da möhkəmləndirir.Tədbirdə Komitənin Ümumi şöbəsinin müdiri Sevda Süleymanova və digərlərinin çıxışı da dinlənilib. Ötən əsrin 90-cı illərində ölkədə baş verən hadisələrdən, xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından, dövlətçiliyimizin məhv olmaq təhlükəsinin qarşısının alınmasından söhbət açılıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dövlət quruculuğu ilə bağlı xidmətləri misilsizdir. Həmçinin Prezident İlham Əliyev tərəfindən dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, Azərbaycanın güclü iqtisadiyyatı olan ölkəyə çevrilməsi, ordunun gücləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən bəhs edilib.Tədbir Komitənin bir qrup əməkdaşının Yeni Azərbaycan Partiyası sıralarına daxil olmaq üçün müraciətlərinə baxılması ilə başa çatıb.

sia.az

Digər xəbərlər