PDF Oxu

Siyasət

  • 21

"Qanunlarla bağlı insan hüquqları ekspertizası həyata keçirilir"

"Qanunlarla bağlı insan hüquqları ekspertizası həyata keçirilir"

"Milli Məclis Aparatında qanunlarla bağlı insan hüquqları ekspertizası həyata keçirilir". SİA-nın xəbərinə görə, bu barədə Milli Məclis Aparatının Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurası Venesiya Komissiyasının üzvü Lətif Hüseynov Parlamentdə keçirilən dinləmələrdə çıxışı zamanı məlumat verib.Onun sözlərinə görə, Venesiya Komissiyası insan hüquqları baxımından bir sıra qanunlarla bağlı rəylərini təqdim edib və yalnız bundan sonra həmin qanunlar parlamentə təqdim olunub: "İnsan hüquqları dedikdə mülki, siyasi hüquqları başa düşülür. Bütün hüquqlar bərabər səviyyədədir. Əgər insan hüquqlarından danışırıqsa, iqtisadi və sosial hüquqlarla bağlı ölkəmizdə qəbul edilən qanunları ön plana çəkməliyik. Milli Məclisdə bu sahələrdə geniş həcmli qanunlar qəbul edilib. Sosial dövlət termini Konstitusiyamızda işlənmirdi, ancaq sosial yönüm dövlət siyasətinin tərkib hissəsi idi. Sonradan Konstitusiyaya dəyişiklik edərkən sosial yönümlü iqtisadi siyasət məsələsi daxil edildi. Biz siyasi reallığı Konstitusiyaya gətirdik".

sia.az

Digər xəbərlər