PDF Oxu

Siyasət

  • 18

Sevinc Fətəliyeva: Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə konstruktiv əməkdaşlığa maraqlıdır

Sevinc Fətəliyeva: Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə konstruktiv əməkdaşlığa maraqlıdır

"Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə konstruktiv əməkdaşlığa maraqlıdır". Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan demokratik dəyərlərə sadiqdir və bunu hər zaman həyata keçirdiyi siyasətlə sübut edib. Onun sözlərinə görə, AŞPA-da ölkəmizə qarşı qərəzli mövqe tutan qüvvələr olsa da, fəaliyyətində ədalətli olan aproparlamentarilər də az deyil.

"AŞPA-nın həmməruzəçilərinin ölkəmizə hazırki səfəri də əhəmiyyətlidir. Çünki onlar bu səfərlər zamanı Azərbaycanın inkişafını, demokratik prinsiplərə sadiqliyini əyani şəkildə görürlər. İnanrıq ki, onlar ölkəmizə yanaşmada obyektiv münasibət sərgiləyəcəklər"- deyə, S.Fətəliyeva qeyd edib.

yap.org.az

Digər xəbərlər