PDF Oxu

Siyasət

  • 12

Tural Abbaslı: “Partiyanı marketdən və ya bazardan almaq olmaz” AÇIQLAMA

Tural Abbaslı: “Partiyanı marketdən və ya bazardan almaq olmaz” AÇIQLAMA

"Ümumiyyətlə partiya əmtəə deyil ki, onu gedib marketdən və ya bazardan alasan". Bunu SİA-ya Vahid Azərbaycan Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslı 50 min manata partiya alması barədə yayılan fikirlərə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Siyasi Partiyalar haqqında qanunda partiyaların alınması və satılması anlayışı nəzərdə tutulmur: "Yəni bunun hüquqi bazası yoxdur. Biz yəni mən və ətrafımdakı insanlar sadəcə olaraq Vahid Azərbaycan Partiyasının sıralarına qoşulmuşuq və bu partiyanın yeni qurultayını keçirib partiyanı siyasətə qazandırmaq niyyətindəyik. Bu ayın 26-da partiyamızın Qurultayını keçirəcəyik və orada həm seçkili strukturlara seçkilər keçiriləcək, həm də partiyanın Nizamnamə və Proqramında bəzi dəyişikliklər olunacaq".50 min manata gəldikdə isə nə sizə nə də Azərbaycan ictimaiyyətinə sirr deyil ki, siyasi müxalifətdə bu məbləğdə vəsait yoxdur: "Hələ nəzərə alsaq ki, biz hələ yeni formalaşan siyasi qüvvəyik o zaman bu söhbətlərin fantastika olduğunu anlamaq çətin deyil".

sia.az

Digər xəbərlər