Milli Məclisin deputatları Əhliman Əmiraslanov və Ağalar Vəliyev Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin anım mərasimində iştirak etmək üçün Türkiyədə səfərdədirlər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Sparta və Antalya şəhərlərində keçiriləcək mərasimlərdə Süleyman Dəmirəlin məzarı ziyarət ediləcək, onun həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdiriləcək, sərgi təşkil olunacaq. Tədbir iştirakçıları Süleyman Dəmirəllə bağlı xatirələrini səsləndirəcəklər.
Səfər iyunun 18-də başa çatacaq.
sia.az