PDF Oxu

Siyasət

  • 26

Asim Mollazadə: “Avropa Birliyində ciddi islahatlara ehtiyac var” AÇIQLAMA

Asim Mollazadə: “Avropa Birliyində ciddi islahatlara ehtiyac var” AÇIQLAMA

"Ümumiyyətlə düşünmürəm ki, yaxın müddətdə Avropa Birliyi dağıla bilər. Çünki əsas aparıcı ölkələr Avropa Birliyinin nəzdində əməkdaşlıqlarını davam edirlər". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, İngiltərə bir sıra Avropa Birliyinin proqramlarının üzvü deyil: "Düşünürəm ki, bu ölkələri birləşdirən amillər daha çoxdur nəinki bu təşkilat dağıla bilər. Amma Avropa Birliyində ciddi islahatlara ehtiyac var. Çünki bir sıra ölkələr Brüsselin bürokratik sistemindən narazıdır. Bu narazılıqlar tək İngiltərə tərəfindən deyil, digər ölkələr tərəfindən də ifadə olunur. Avropa Birliyinin nəzdində qərb və şərq, eləcə də cənub ölkələri arasında müəyyən gərginlik, problemlər mövcuddur. Beləcə hansısa ortaq məxrəcə gəlmək üçün Avropa Birliyi öz işlərini gücləndirməlidir".

sia.az

Digər xəbərlər