"İranla Ermənistan arasında viza rejiminin ləğvini və İran prezidenti Həsən Ruhaninin Ermənistana planlaşdırılan səfəri ilə bağlı etirazlar davam etməkdədir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, dünyada müsəlman təəssübkeşliyi yoxdur: "Arıtq heç kimdə şübhə yoxdur ki, bir çox dövlətlər dindən siyasi məqsədlər üçün istifadə ediblər. Başqa vaxt təbliğat aparırlar ki, "Quran"da da yazılıb ki, müsəlman müsəlmana qardaşdır. İran rəsmiləri niyə bu faktora söykənmir? Bəs, müsəlman, müsəlmanın qardaşı deyil? Axı çox yaxşı bilirsiniz ki, Ermənistanın bu gün siyai rəhbərliyində olan şəxslər birbaşa Azərbaycan torpaqlarınının işğalında əli silahlı iştirak edib. Bir milyon müsəlmanı evindən-eşiyindən didərgin salıb. Məscidlərimizi donuzxanaya çeviriblər. Bütün bunların iştirakında Sərksiyan iştirak edib. Xocalıda törədilən qətliamda iştirak etdiyindən "fəxr etdiyini" deyən də Sərksiyandır. İran bütün bunları bilə-bilər və Ermənistana sanksiya tətbiq etmək əvəzinə, viza rejimini ləğv etmək istəyini bildirir, Ermənistanla siyasi, ticari, hərbi əlaqələri qurur. Başqa vaxt deyirlər ki, Azərbaycanda yaşayan insanların böyük əksəriyyəti məzhəbçə siəyədir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanı ayaq üstdə saxlayan, hərbi baxımdan ona dəstək verən Rusiyadırsa, siyasi baxımdan erməni diasporunun güclü olduğu Fransa və ABŞ-dırsa, Ermənistanı iqtisadi baxımdan ayaq üstdə saxlayan Ermənistanla qonşu olan müsəlman dövlətləridir. Onların biri din, biri də can qardaşımızdır".BAXCP rəsmisi əlavə edib ki, İranın bəyanatına "Milli Şura" deyilən qurumdan etiraz edilmədi: "Niyə? Hər gün öz etiraz bəyanatlarını səsləndirən "Milli Şura" nədən bu hadisəni "görməzliyə" vurdu? Nə Əli Kərimlinin, nə də Cəmil Həsənlinin hələ də səsi gəlmir. Bütün bunlar sübut etdi ki, "Milli Şura" birbaşa Rusiyanın layihəsidir və o zaman "Milli Şura" yarananda iranpərəst siyasi qüvvələr də burada yer almışdılar. Əli Kərimli də bu gün İranla münasibətlərinin korlanmasını istəmir. Söhbət burada Azərbaycanın milli maarqlarından gedir axı! Bu faktorun özü onu deməyə əsas verir ki, "Milli Şura"nın heç bir halda Azərbaycanın milli maraqları düşündürmür. Bu bir faktdır".
sia.az