"Xaricdə Azərbaycanı sevməyən qüvvələr Əli Kərimli kimilərindən istifadə edirlər". Bunu SİA-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AXCP sədri Əli Kərimlinin ölkəmizdə keçirilən Formula-1 yarışları ilə bağlı qərəzli fikirlərinə münasibət bildirərkən deyib.AXCP sədrinin xarici qüvvələrlə çalışdığını vurğulayan H. Hacıyev qeyd edib ki, ölkəmizin uğuruna sevinməyən qüvvələr məhz Əli Kərimli kimilərindən istifadə edərək müsbət işlərə kölgə salmağa cəhd edirlər: "Artıq 20 ildir hər kəsə məlumdur ki, ölkəmizi sevməyən qüvvələr bu kimi məsələlərdə kimilərdən istifadə edir. Çox təəssüf ki, Əli Kərimli kimilərinə həm daxildə, həm də xaricdə rast gəlirik".H. Hacıyevin sözlərinə görə, hər zaman olduğu kimi bu dəfə də Əli Kərimli kimilər heç nəyə nail ola bilməyəcəklər: "Kərimov Əli də hamıya məlum olan bir məxluqdur. İçimizdə olan xəyanətkarları hər kəs çox yaxşı tanıdığı üçün onların söylədiyi fikirlər heç kim üçün əhəmiyyət daşımır. Təbii ki, nöqsanlar da deyilməlidir. Amma qərəzli deyil, dürüst şəkildə".
sia.az