PDF Oxu

Siyasət

  • 25

“Azərbaycan görüşdə sərt, diktə edən tərəf kimi çıxış edə bilər” MÖVQE

“Azərbaycan görüşdə sərt, diktə edən tərəf kimi çıxış edə bilər” MÖVQE

"Bu gün Sank-Peterburqda keçiriləcək Prezidentlərin üçtərəfli görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə xarici işlər nazirlərinin iştirak etməsi bu görüşə yüksək maraq olduğunu göstərir". Bu fikirləri SİA-ya açıqlamasında siyasi-ekspert Arzu Nağıyev deyib.Onun sözlərinə görə, Azərbaycan sözügedən görüşdə sərt, diktə edən tərəf kimi çıxış edə bilər: "Sonuncu Vyanada keçirilən görüşdə Azərbaycan tərəfi üzərinə yalnız atəşkəsin bərqərar edilməsi ilə bağlı öhdəliklər götürmüşdü. Lakin bugünkü görüşdə Azərbaycan daha sərt çıxış etmək imkanına malikdir. Artıq münaqişənin həlli istiqamətində konkret addımların atılmasının vaxtı gəlib çatıb. Hesab edirəm ki, bu görüşdən sonra ATƏT-in Minsk qrupu konkret addımlarla bağlı bəyanatlar verəcək və görüşdə əsas müzakirəsi də məhz bu olacaq".Rusiyanın budəfəki görüşdə münaqişənin həlli istiqamətindəki mövqeyinə gəlincə A. Nağıyev söyləyib ki, sözügedən ölkə regionda öz nüfuzunu bərpa etmək üçün müəyyən addımlar atmalıdır: Əvvəlki görüşlər qərb ölkələrində baş tuturdu. Lakin budəfəki görüşün əsas təşəbbüsçüsü Rusiya olduğu üçün o Sankt-Peterburqda baş tutacaq. Unutmayaq ki, Ermənistan Rusiyanın vassalı olmaqla yanaşı onun iqtisadiyyatının 95 faizi Rusiya ilə bağlıdır. Onların hər ikisi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdürlər. Belə olan halda, Rusiya öz sözünün ermənilərə deməklə yanaşı, münaqişənin həllində dönüş yarada bilər. Düşünürəm ki, Rusiya bu məsələdən yüksək səviyyədə istifadə etməlidir".Qeyd edək ki, bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın üçtərəfli görüşü keçiriləcək .Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək.V. Putin əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Serj Sarkisyanla ayrılıqda görüşəcək. Danışıqlar daha sonra üçtərəfli formatda davam etdiriləcək.Görüşdə prezidentlər mayın 16-da Vyanada keçirilmiş görüşündə əldə olunan razılaşmaların, o cümlədən təmas xəttində baş verən insidentlərlə bağlı ATƏT-in araşdırma mexanizminin işə salınması və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların bərpası müzakirə olunacaq.

sia.az

Digər xəbərlər