"Ermənistanı müstəqil dövlət kimi göstərməyə çalışmaq səhv siyasətdir"
Aprelin əvvəllərində cəbhə xəttində həyata keçirilən hərbi əməliyyatlardan sonra Ermənistanda vəziyyət daha da gərginləşib. Hərbi əməliyyatlardan qısa bir müddət sonra Ermənistanda yeni ciddi problemlər meydana çıxdı, cəbhə xəttindəki məğlubiyyətlərə görə erməni ordusunun bir neçə yüksək rütbəli şəxsləri-generalları, polkovnikləri həbs oldundu, iqtisadi problemlər daha da dərinləşərək, böyük bir sosial partlayış əmələ gətirdi. Hazırda Sarkisyan hökuməti dalana dirənib, xalq qarşısında hesabat verməkdən yayınır. Qarabağda həyata keçirilən əməliyyatlar zamanı Ermənistan məğlub duruma düşsə də, Sarkisyan bunu etiraf etməkdən qorxur. Lakin məsələ olduqca ciddi hal alıb. Məsələ bundadır ki, Ermənistanın indiki dövlət başçısı S.Sarkisyanın bu gün kompromis variantı irəli sürməsidir. Demək olar ki, bu günə qədər kompramisdən qaçan, bunu heç cür yaxın buraxmayan Ermənistan, onun rəhbərinin birdə-birə bu qənaətə gəlməsi heç də təsadüfi sayıla bilməz.
Yerevanda yeni etiraz dalğaları başlayıb. Budəfəki etirazçılar Azərbaycanın işğal edilmiş rayonlarından Ermənistana qaçan erməniləri paytaxt Yerevanda görmək istəmirlər. Artıq Qarabağ ermənilərinə qarşı Yerevanda etirazlar başlayıb. Üstəlik, Ermənistanın çox ciddi itki verərərək işğal edilmiş bölgələri məcburən tərk etməsi yerli erməniləri hiddətləndirib. Onlar bu qədər tökülən qan qarşısında torpaqların əllərindən çıxmasını qəbul etmirlər. Sarkisyandan Qarabağdakı mövcud vəziyyətin hesabatı istənilir.
Ermənistandakı acınacaqlı durumdan danışan millət vəkili Asim Mollazadə baş verənlərə əsasən bildirib ki, yaxın vaxtlarda orada vəziyyət daha da kəskin hal alacaq: "Ermənistanın sahibləri hazırkı hakimiyyətin zəiflədiyini görürlər və onlar öz dayaqlarını möhkəmləndirmək üçün daha etibarlı adamlarını vəzifələrə gətirəcəklər. Ermənistanda belə hakimiyyət dəyişiklikləri dəfələrlə olub və bu, hər zaman hərbi forpostun möhkəmlənməsinə xidmət edib. Ermənistanı müstəqil dövlət kimi göstərməyə çalışmaq, zənnimcə, səhv siyasət olardı. Hər şey yalnız bir məsələdən - indiki hakimiyyət nümayəndələrinin sahiblərinə xidmətindən asılı olacaq. Hansısa məqamlarda şübhələr artanda, adətən, bu ölkədə dərhal hakimiyyət nümayəndələri aradan götürülür. Hesab edirəm ki, proses gərginləşdiyindən məhz bu dəfə də Ermənistanın hakimiyyəti qarşısında Qarabağ konflikti vəd olunub. Artıq Yerevanda çox ciddi siyasi dəyişikliklər qaçılmazdır. Bir sözlə, Ermənistanda hakimiyyət dəyişikliyi, məhz Qarabağdan başlaya bilər".
Samir