PDF Oxu

Siyasət

  • 16

Siyavuş Novruzov: "Azərbaycanda sabitlik mövcuddur"

Siyavuş Novruzov: "Azərbaycanda sabitlik mövcuddur"

"Dünyada, regionda baş verən hadisələrə baxmayaraq, Azərbaycanda sabitlik mövcuddur. Bəzən böyük dövlətlər öz niyyətlərini həyata keçirmək üçün dindən istifadə edirlər. Biz bunu görürük. Ancaq, Azərbaycanda dini sahədə stabillik var". SİA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov "Azərbaycan Respublikasi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi – 15: dünən, bugün və sabah" adlı konfransdakı çıxışı zamanı deyib.Onun sözlərinə görə, Azərbaycan dövləti dini icmaların fəaliyyətinə diqqətlə yanaşır. Milli Məclisdə də onların fəaliyyəti ilə bağlı müvafiq qanunlar qəbul edilib: "İstər Qafqaz Müsəlmanları İdarəsinin, istərsə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi tədbirlər, seminarlar dövlət din münasibətlərinin bariz nümanəsidir. Belə tədbirlərdə seminarlarda dövlət siyasəti cəmiyyətə çatdırılır. Belə olduğu halda bütün mənfi halların qarşısını almaq mümkün olur. Dövlət-din münasibətlərinin tənzimlənməsi nümunədir, digər dövlətlər də bundan yararlana bilər".

sia.az

Digər xəbərlər