PDF Oxu

Siyasət

  • 12

Cümşüd Nuriyev: “Görüş gərgin keçdi" AÇIQLAMA

Cümşüd Nuriyev: “Görüş gərgin keçdi" AÇIQLAMA

"Sankt-Peterburqda keçirilən görüşün gərgin keçdiyi göz qabağında idi. Yarım saatlıq görüş 1 saat yarım davam etdi". Bu fikirləri SİA-ya politoloq Cümşüd Nuriyev ötən gün Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı görüşünü şərh edərkən deyib.Onun sözlərinə görə, digər görüşlərdə olduğu kimi Azərbaycan Prezidenti budəfəki görüşdə də ölkəmizin mövqeyini bir daha ortaya qoydu: "Ümumilikdə nəticələr haqqında ilk növbədə Azərbaycan Prezidentinin görüşlə bağlı mövqeyindən sonra fikir söyləmək mümkündür. Ola bilsin ki, danışıqlar masasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bizə məlum olmayan razılıqlar əldə olunub ki, bunu yalnız ölkə başçısı açıqlaya bilər. Azərbaycan xalqı bütün məsələlərdə olduğu kimi münaqişənin həllində də öz prezidentinə inanır".Görüş günü düşmən ölkədə Ermənistan Prezidenti Serj Sarkisyanın devrilməsi ilə bağlı aparılan əməliyyatlar haqqında fikirlərini bildirən politoloq söyləyib ki, bu artıq 3-cü belə əməliyyatdır: "Dağlıq Qarabağ münaqişəsinin uzadılması və ümumilikdə Qafqazı nəzarətdə saxlamaq bizim Şimal qonşumuza sərf edir. Bu, Rusiyanın Qafqaz siyasəti olsa da, cənub qonşumuzun da burada müəyyən marağı var. Çünki onlar güclü Azərbaycanı qəbul etmək, görmək istəmirlər. Bu baxımdan onlar danışıqları uzatmaq üçün hakimiyyət dəyişikliyinə getməyə çalışırlar. Ermənistanda devrilmə Ter-Petrosyan, Koçaryan dövründə həyata keçirilib. Əgər 3-cü dəfə belə bir əməliyyat olarsa, təbii ki, Azərbaycan ordusu həmin vəziyyətdən yararlanacaq. Bu, ölkəmizin haqqıdır".

sia.az

Digər xəbərlər