PDF Oxu

Siyasət

  • 24

AXCP-nin sədri Razi Nurullayevdir? İDDİA

AXCP-nin sədri Razi Nurullayevdir? İDDİA

"Əli Kərimli bundan diskomfort yaşayır"

"Biz AXCP olaraq nəinki ictimai rəyə oturmuşuq, daha önə çıxaraq müxalifətin siyasətinə dəyişiklik gətirmək ənənəsini qoymuşuq. Çox şükürlər olsun ki, xalq da get-gedə kimin kim olduğunu aydın görməyə başlayıb". Sözügedən fikirləri SİA-ya AXCP sədri Razi Nurullayev Əli Kərimlinin AXCP sədri adından ölkədə cərəyan edən müxtəlif hadisələrə fikir bildirməsinə, sosial şəbəkədə, özünə yaxın mətbuat səhifələrində bəyanatlar yaymasına münasibətini bildirərkən deyib."AXCP-nin sədri Razi Nurullayevdir, Elçibəy ideyalarının daşıyıcısı bizik və AXCP adından istifadə edənlərin nə qədər diskomfort hiss etdiklərinin şahidi oluruq", - deyə qeyd edən müshibimiz onu da bildirib ki, qarşı tərəf mediada mətnli şəkillərin altında AXCP sədri yazır: "Əvvəllər belə yanaşma yox idi. Bu onun göstəricisidir ki, ciddi diskomfort var, bizdə isə yoxdur".Razi Nurullayev məhkəmə çəkişməsinə də münasibətini bildirib. O, qeyd edib ki, hələlik yeni bir hadisə olmadığına görə, məhkəmə davam edir, ona görə də gözləmə mövqeyindədirlər: "Məhkəmədən yeniliklər yoxdur, çəkişmə davam edir".

sia.az

Digər xəbərlər