PDF Oxu

Siyasət

  • 30

Millət vəkilindən prezidentlərin görüşünə ŞƏRH

Millət vəkilindən prezidentlərin görüşünə ŞƏRH

"Sankt-Peterburqda baş tutan görüşü əvvəlkilərdən fərqləndirən cəhət orada həmsədrlərdən birinin prezidentinin iştirak etməsi oldu. Buna qədər görüşlərdə bir dəfə ABŞ, bir dəfə də Fransa prezidenti iştirak edib. Lakin görüşdə Rusiya prezidentinin iştirakı danışıqlara yeni siyasi güc verirdi. Hesab edirəm ki, artıq danışıqlarda iştirak etməklə Rusiya məsuliyyətin bir hissəsini öz üzərinə götürmüş oldu". Bu fikriləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə ötən gün Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən deyib.Onun sözlərinə görə, görüşün əsas nəticələrindən biri bundan sonrakı görüşlərdə Rusiya prezidentinin iştirak etməsi ilə bağlı razılığa gəlinməsidir: "Bu razılıq Ermənistanın danışıqlarda əldə edilən nəticələrdən bundan sonrakı görüşlərdə imtina etməməsinə imkan verəcək. Azərbaycan görüşdən əvvəl Ermənistan ordusunun işğal edilmiş torpaqlardan çıxarılması məsələsini əsas prinsip olduğunu bildirdi. Görüşdən sonra Azərbaycanın xarici işlər nazirinin görüşün uğurlu keçməsi ilə bağlı bəyanatı onu göstərir ki, ölkəmizin əsas tələbi yenə də gündəmdədir və danışıqlar bundan kənara çıxa bilməz".A.Mirzəzadə vurğulayıb ki, danışıqların davam etdirilməsi və bu danışıqların bir neçə formatda olması, eləcə də XİN-lərin görüşünün təşkil edilməsi ilə bağlı əldə olunan razılıqlar bu görüşün əsas siyasi nəticələri hesab edilə bilər: "Ümumiyyətlə, aprel hadisələrindən sonra Dağlıq Qarabağla bağlı məsələdə yeni səhifə açıldı. Artıq Ermənistan bütün sahələrdə, o cümlədən də ordumuzun güclü olduğunu bəyan edir. Düşmən ölkə Moskvaya və digər paytaxtlara daha aciz vəziyyətə düşməmək üçün yalvarmağa başlayıb. Ölkəmizin ərazi bütövlüyü məsələsi artıq bütün dünya tərəfindən ciddi şəkildə qəbul edilir. Sankt-Peterburq görüşünün olması bir daha Azərbaycanın ancaq nəticə olacaqsa görüşlərə gedəcəyi barəsindəki bəyanatlarını təsdiq etdi. Yox əgər Ermənistan əvvəlki kimi danışıqları pozmaq mövqeyində qalacaqsa, əlbəttə ki Azərbaycan özünün sonrakı addımlarını ciddi şəkildə düşünməli olacaq".Xatırladaq ki, ötən gün Sankt-Peterburq şəhərində Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. Dövlət başçılarının üçtərəfli görüşündən öncə Putin prezidentlərlə ayrı-ayrılıqda görüşərək Qarabağla bağlı fikir mübadiləsi aparıb.

sia.az

Digər xəbərlər