"Qərbdə, Avropada tənqid məsələsi adi bir şeydir. Azərbaycan 25 il ərzində çox uğurlu yol keçən dövlətdir. Ölkəmizdə davamlı inkişaf təmin olunub". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov keçirdiyi mətbuat konfransında deyib.PA rəsmisinin sözlərinə görə, bu gün dünyanın 50 ölkəsində vəziyyət acınacaqlıdır: "Azərbaycanın belə bir mövqedə yerləşməsi isə uğurlarımızdan xəbər verir. Ölkəmizdə keçirilən Formula-1 yarışı isə bütün bunlara bariz nümunə sayıla bilər. Bu yarış Azərbaycanın nəyə qadir olduğunu göstərdi. Eləcə də bunlara misal olaraq Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsini, İlk Avropa Oyunlarını və gələcəkdə keçiriləcək İslam Həmrəyliyi Oyunlarını göstərə bilərik. Bu uğurlu yolun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bizim Qərblə, Avropa ilə münasibətlərimiz yaxşıdır. Amma belə olanda bizə qarşı tənqidlər də artır. Bu gün dünyada beynəlxalq hüquq deyilən anlayışa çoxları düzgün yanaşmır".
sia.az