PDF Oxu

Siyasət

  • 19

Novruz Məmmədov: "Prezidentlərin görüşünü ümidverici görüş kimi dəyərləndirmək olar"

Novruz Məmmədov: "Prezidentlərin görüşünü ümidverici görüş kimi dəyərləndirmək olar"

"Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü əslində aprel ayında baş verən məlum hadisələrə söykənmişdi. Bu görüş Rusiya prezidentinin təşəbbüsü ilə keçirildi". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov keçirdiyi mətbuat konfransında deyib.PA-nın şöbə müdiri hesab edir ki, prezidentlərin görüşünü ümidverici görüş hesab etmək olar: "Bununla bağlı prezidentlərin bəyanatı da mətbuata yayıldı. Əvvəlcə Azərbaycanın rayonları işğalçı ölkədən azad olunmalıdır. Vyana görüşlərindən bu yana cəbhə xəttində vəziyyət bir qədər fərqlidir. Çalışılmalıdır ki, təmas xəttində gərginlik azalsın. Bütün bunlar hələ ki, heç bir sənəd üzərində deyil. Orada nazirlərə, həmsədrlərə tapşırıldı ki, bu istiqamətdə işlər davam etdirilsin".

sia.az

Digər xəbərlər