"Dağlıq Qarabağ münaqişəsinin danışıqlarında Ermənistan təbii ki, problemin müsbət həllinin əleyhinədir. Ona görə, Serj Sarkisyanın hər addımından seperatizm, terorizm doğur. Onun heç bir sözünə, hərəkətinə inanmaq mümkün deyil". Bunu SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.O qeyd edib ki, son danışıqlar zamanı tərəflərin üzərinə hansı öhdəlik qoyulduğu hələ ki, tam şəkildə açıqlanmasa da, Ermənistanın çıxış yolu qalmayıb: "Fikrimcə, ilk mərhələdə Ermənistan işğal olunmuş torpaqların bir qismini boşaldacaq. Bu, faktdır ki, Ermənistanın başqa çıxış yolu qalmayıb. Sarkisyan sadəcə zəmanət almaq istəyir ki, işğalda olan torpaqların bir qismi boşaldıldıqdan sonra ermənilər Dağlıq Qarabağdan süpürülüb çıxarılmasın. Ona görə, o, belə oyunlara əl atır".
sia.az