PDF Oxu

Siyasət

  • 22

Millət vəkilimiz AŞPA-nın iclasında erməni parlamentarinin cavabını verdi

Millət vəkilimiz AŞPA-nın iclasında erməni parlamentarinin cavabını verdi

"Bu günlərdə dünya ictimaiyyəti çox ciddi təhdidlərlə qarşı-qarşıyadır. Dini və irqi ayrı-seçkilik, eləcə də terror hədələrinin genişlənməsi probleminə laqeyd yanaşa bilmərik. Bu vəziyyətdə mədəniyyət və demokratiyanın rolu artır, mədəni tədbirlərdə fəal iştirak edən və söz sahibi olan insanların cəmiyyətdəki rolunu müəyyən etmək, digər insanlar ilə qarşılıqlı münasibət qurmaq, fərqli dünyagörüşünü inkişaf etdirmək və tənqidi fikir əldə etməklərinə komək edir". SİA-nın məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində bu gün Azərbaycan Milli Məclisinin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.O qeyd edib ki, insan kapitalı, bu istiqamətdə yatırılan investisiya uzun müddətli, mədəniyyət və təhsil sahələrinə ayrılan dəstək prioritet olmalıdır. Deputata iclasda Azərbaycanda aparılan uğurlu mədəniyyət siyasəti haqqında məlumat verərək deyib ki, Azərbaycan Şərq və Qərb mədəniyyətlərini özündə kəs etdirən çox zəngin mədəni irsə sahibdir: "Bu irsi qorumaq üçün dövlətin üzərinə böyük vəzifə düşür. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti mədəni və tarixi irsin, öz multikultural dəyərlərinin qorunması, çoxmədəniyyətliliyin təşviqi üçün kompleks tədbirlər həyata keçirir. 2014-cü ildə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti yaradılıb. Bundan başqa, Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə Bakı Beynəlxalq Multikultluralizm Mərkəzi, Bilik Fondu fəaliyyətə başlayıb ki, bu təşkilatlar ölkəmizdə mövcud olan multikultural mühitin təbliği, digər ölkələrin mədəni modellərinin təhlili və araşdırılması, Azərbaycan multikulturalizm modelinin beynəlxalq səviyyədə tanıdılması və digər məsələlərlə məşğul olurlar. 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilib".Ölkədə mədəniyyətlərin inkişafında təhsilin mühüm rolunu qeyd edən S.Qafarovanın sözlərinə görə, Azərbaycanda istedadlı gənclərin dəstəklənməsi hökumətin bu sahədə prioritet istiqamətlərindəndir. Azərbaycanda gənclər sahəsində xüsusi qanunlar, gənclərin fəallığının artırılması, onların intellektual və fiziki cəhətdən inkişafının təmin olunması yönündə Dövlət proqramları qəbul edilib. Həmçinin, gənclərin müxtəlif istiqamətlər üzrə layihələrinin dəstəklənməsi məqsədilə Gənclər Fondu yaradılıb. Hər il yüzlərlə Azərbaycan gənci xaricə təhsil almağa göndərilir.Millət vəkili özündən əvvəl çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü Naira Zöhrabyanın Azərbaycan haqqında səsləndirdiyi ittihamlara da cavab verib. Ermənistan nümayəndəsinin Azərbaycanı Türkiyənin kiçik qardaşı kimi təqdim etməsi və xalqımızın mədəniyyətinin aşağılanmasına yönəlik çıxışına cavab olaraq S.Qafarova onun iddialarının absurd olduğunu və heç bir həqiqətə söykənmədiyini deyib. Deputatımız bildirib ki, Azərbaycan bu gün bərabərhüquqlu əməkdaşlığa önəm verən, bölgədə güc və nüfuz sahibi olan, beynəlxalq məsələlərin həllində fəal rol oynayan güclü dövlətdir. Ölkəmizin zəngin mədəniyyətə sahib olduğunu bildirən millət vəkili vurğulayıb ki, Azərbaycan xalqı öz mədəniyyəti və tarixi keçmişi ilə haqlı olar qürur duyur.

sia.az

Digər xəbərlər